Xərçəngdən dünyasını dəyişən Tanyelinin vəsiyyəti açıqlandı
Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan məşhur rəqqasə Tanyeli vəfat edib.

Türk mediasının məlumatına görə, sənət aləmində dərin kədər yaradan bu itki ilə bağlı rəqqasənin vəsiyyəti də məlum olub. Tanyeli öz arzusu ilə xərçəngdən dünyasını dəyişən, "Yeşilçam" ulduzu olan anası Dolğun Sezərin yanında dəfn ediləcək.