"Mənim üçün də konsert kimi bir veriliş hazırlasan, yaxşı pul versən gələrəm” - Alim Qasımov

Xalq artisti Alim Qasımov, həmkarı Nazpəri Dostəliyevanın ad günündə "Rəngarəng" verilişində qonaq olub və verilişin aparıcısı Zaur Nəbioğlunun dəvətini qəbul edərkən maraqlı açıqlamalar verib. Alim Qasımov, 8 ildir ki, televiziya verilişlərindən uzaq durduğunu, amma yaxşı qonorar təklif olarsa, verilişlərə qatılmağa hazır olduğunu söyləyib.

"Mənim üçün də konsert kimi bir veriliş hazırlasan, yaxşı pul versən gələrəm” - Alim Qasımov
Alim Qasimov
reklam

Xalq artisti Alim Qasımov, həmkarı Nazpəri Dostəliyevanın ad günündə, qızı Fərqanə Qasımova ilə birlikdə "Rəngarəng" verilişində qonaq olub. Sənətkarlar canlı ifalar edərək tamaşaçıların qəlbini fəth ediblər. Alim Qasımov, verilişin aparıcısı Zaur Nəbioğlunun dəvətini qəbul edərək, ona olan xüsusi hörmətini ifadə edib:

“Sənə mənim xüsusi hörmətim var. Bu sənəti sevən və məni dəfələrlə verilişlərə dəvət edən insansan. Pərviz Bülbülə ilə hətta meyxana da demişdik. Mənim üçün konsert kimi bir veriliş hazırlasan, yaxşı pul versən gələrəm”.

Alim Qasımovun bu açıqlamaları diqqət çəkib. O, 8 ildir ki, televiziya verilişlərinə qatılmaqdan imtina edir, amma Zaur Nəbioğlunun təklifi ilə bu dəfə verilişə qatılmağa razılıq verib. Həmçinin, Alim Qasımov, televiziya verilişlərində iştirak etmək üçün müəyyən bir qonorarın təklif olunmasını vacib hesab edir. Bu onun 8 ildən sonra qatıldığı ilk canlı verilişdir.