Dələduzların qurbanı olan daha bir sənətçi
Əməkdar artist Sənubər İsgəndərli, şou-biznesin digər tanınmış simaları kimi, dələduzların hədəfinə çevrilib.
Əməkdar artist Sənubər İsgəndərli dələduzların qurbanı olub. Aktrisa sosial şəbəkə hesabında bu barədə məlumat verib.
İsgəndərli, aparıcı və aktyor İlkin Həsəninin adından saxtakarlıqla aparılan fəaliyyətlə bağlı xəbər paylaşaraq, “Həmin bu nömrədən mənim də adımdan mesaj gedib” deyə qeyd edib.
Son bir neçə həftə ərzində, şou-biznesin məşhur simalarından və onların şəkillərindən istifadə edərək, naməlum şəxslər mesajlaşma platformaları üzərindən pul istəyirlər.