Səhiyyə Nazirliyində Əməliyyat: Saxlanılanlar Var
Bu dəqiqələrdə hüquq-mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat keçirilir. Əməliyyatın saxta plastik cərrahlarla bağlı olduğu və bir sıra şəxslərin saxlanıldığı bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir. Əməliyyat zamanı bir neçə şəxs saxlanılıb. Məlumatlara görə, əməliyyatın səbəbi ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlıdır. Bu məsələyə görə, Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının, o cümlədən nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanır. Saxta plastik cərrahların fəaliyyətinə saxta sertifikatların verilməsi ilə əlaqədar araşdırmalar aparılır.