Məşhur model Çelsi Baxşıyeva həbs edildi-FOTOLAR

Model Çelsi Baxşıyeva xırda xuliqanlıq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarına əsasən, o, 30 sutka müddətinə həbs edilib.

Məşhur model Çelsi Baxşıyeva həbs edildi-FOTOLAR
Çelsi Baxşıyeva
reklam

Məşhur model Çelsi Baxşıyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, xırda xuliqanlıq ittihamı ilə məhkəməyə çıxarılıb. Məhkəmə qərarına əsasən, Baxşıyeva 30 sutka inzibati həbs cəzası alıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə xırda xuliqanlıq - ictimai asayişin pozulması və başqalarına hörmətsizlik göstərilməsi ilə bağlı inzibati məsuliyyəti nəzərdə tutur.

Məsələ ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama verilib-verilməyəcəyi hələlik məlum deyil.

reklam
reklam