Madonna Şükran Bayramını Ailəsi ilə Birlikdə Keçirdi

Müğənni Madonna, bu ilki Şükran Bayramını atası və 6 övladı ilə birgə keçirib. O, bayramda yaşadığı hissləri sosial şəbəkələrdə bölüşərək ailəsinin ona necə dəstək olduğunu vurğulayıb.

Madonna Şükran Bayramını Ailəsi ilə Birlikdə Keçirdi
Madonna
reklam

Müğənni Madonna, bu ilki Şükran Bayramını atası və 6 övladı ilə keçirib. O, sosial şəbəkədə ailəsi ilə keçirdiyi anlardan paylaşım edib. Madonna, ailəsinin yaşadığı itkiləri və bunun onun həyatına necə təsir etdiyini bölüşərək, xüsusilə atası ilə keçirdiyi anların onun üçün xüsusi olduğunu qeyd edib.

O, paylaşımında, "Ailədə doğuluruq və öz ailəmizi qururuq. Ailəm bu il çox itki verdi. Atamın yoldaşını itirəndən sonra qardaşım Kristoferi basdıranda məzarlıqda ağlamağını gördüm. Heç vaxt unutmayacağım an idi. Şükran bayramında onunla və bütün uşaqlarımla vaxt keçirmək ruha dərmandır," - deyə bildirib. Bu duyğusal anları ilə o, izləyicilərinə ailə bağlarının nə qədər önəmli olduğunu bir daha xatırlatdı.