Mahsun Kırmızıgülün Anası Vəfat Etdi
Məşhur sənətçi Mahsun Kırmızıgülün anası Faike Bezencir 99 yaşında vəfat edib. İki ildir evdə müalicə alan və Alzheimer xəstəliyindən əziyyət çəkən Faike xanım sənətçinin həyatında dərin iz buraxmışdı. Kırmızıgül daha əvvəl açıqlamalarında anasının vəziyyətini "Ən böyük ürək ağrımdır" sözləri ilə ifadə etmişdi.
