Mehriban Xanlarova və bacısı qızı arasında gərginlik: "Məni polisə verib"
Əməkdar artist Mehriban Xanlarova və övladlığa götürdüyü bacısı qızı Aysel arasında münaqişə gündəmə gəlib. Ayselin sözlərinə görə, sosial kart və uşaqpulu ilə bağlı mübahisə ailəvi gərginliyə səbəb olub. Aysel, xalası tərəfindən polisə şikayət edildiyini və məbləğin oğurluq ittihamı ilə bağlandığını iddia edir. Mehriban Xanlarova isə rəsmi şəkildə Ayseldən imtina etdiyini bildirib.
