Monteneqronun Avroviziya-2025 Təmsilçiləri İştirakdan İmtina Etdi
Monteneqronun "NeonoeN" qrupu, Avroviziya-2025-dəki iştirakını tənqidlər və qayda pozuntusu səbəbindən geri götürüb.
Monteneqronun Avroviziya-2025 təmsilçisi olan "NeonoeN" qrupu, "Clickbait" mahnısı ilə qalmaqalın mərkəzində yer aldı və bu səbəbdən müsabiqədə iştirakdan imtina etdi.
Qrupun milli seçimdə qazandığı qələbədən sonra, sosial şəbəkələrdə onların Avroviziya-2025-də iştirakının qanuniliyi ilə bağlı geniş tənqidlər və mübahisələr baş verdi.
Bunun səbəbi, "NeonoeN"in təqdim etdiyi mahnının 2023-cü ilin iyun ayında “Montesong” festivalında fərqli aranjimanda səsləndirilməsidir. Avroviziya qaydalarına görə, mahnılar milli seçimə təqdim olunana qədər 2024-cü ilin 1 sentyabr tarixinə qədər ifa edilə və ya sosial şəbəkələrdə yayımlana bilməz.
Başda qaydalara riayət etmədiklərini inkar edən qrup, bir həftə sonra namizədliyini geri götürmək qərarına gəlib.
Qeyd edək ki, Avroviziya mahnı müsabiqəsi gələn il İsveçrədə keçiriləcək.