Müğənni avtomobil qəzası keçirdi

Müğənni Elçin Cəfərov avtomobil qəzasına düşdüyünü açıqlayıb. O, qarlı hava şəraitində maşınının sürüşərək digər nəqliyyat vasitəsi ilə toqquşduğunu bildirib. Hadisə zamanı xəsarət alan olmayıb və tərəflər razılığa gələrək məsələni sülh yolu ilə həll ediblər.

Müğənni  avtomobil qəzası keçirdi
Elçin Cəfərov
reklam

Müğənni Elçin Cəfərov avtomobil qəzasına düşüb.

Bu barədə sənətçi iştirak etdiyi televiziya proqramlarından birində məlumat verib.

Onun sözlərinə görə, verilişlərin birinə gedərkən qarlı hava şəraitində avtomobili sürüşərək digər maşınla toqquşub:

"Qar yağdığı üçün maşın sürüşdü və digər avtomobillə toqquşdu. Yollar çox sürüşkən idi. Bu cür vəziyyətlə ilk dəfə qarşılaşırdım. Qəza baş verəndən sonra avtomobil sahibi ilə mehribancasına salamlaşdıq, hər ikimiz də heç bir şeyə ehtiyac olmadığını dedik və sağollaşdıq. Məni tanıyıb-tanımadığını bilmədim. Bəzən elə hallar olur ki, maşınına vururlar, düşüb nəsə demək istəyirsən, amma elə qışqırırlar ki, sonda "bağışla" cavabını verməkdən başqa çarən qalmır".