Müğənni Gəncə yolunda ağır qəzaya düşdü

Müğənni Bahar Lətifqızı, Gəncəyə gedərkən yol kənarında parkda olduğu zaman bir TIR tərəfindən vurulduğunu və xoşbəxtlikdən ciddi xəsarət alanın olmadığını açıqlayıb.

Müğənni  Gəncə yolunda ağır qəzaya düşdü
Bahar Lətifqızı
reklam

Müğənni Bahar Lətifqızı yaxın zamanlarda düşdüyü ağır qəzadan danışıb.
Milli.Az Titul.az-a istinadən xəbər verir ki, xanım sənətçi Gəncəyə gedərkən çox qorxunc bir qəzaya düşdüklərini bildirib.
Bahar avtomobili yol kənarında park vəziyyətində olarkən qəfil bir TIR-ın gəldiyi sürətlə maşınını vurduğunu deyib.
Müğənni xoşbəxtlikdən ciddi xəsarət alan və ölənin olmadığını bildirsə də, avtomobilinə 16 min manat dəyərində ciddi ziyan dəydiyini qeyd edib.