Məhkəməyə Verildi
Tanınmış meyxanaçı Balaəli Rzayev yol hərəkəti qaydalarını pozduğu üçün məhkəməyə verilib. Əgər ittiham təsdiq olunarsa, onun sürücülük hüququ 6 aydan 1 ilə qədər məhdudlaşdırıla bilər.
Tanınmış meyxanaçı Balaəli Rzayevə qarşı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilib. Bu maddəyə görə, Balaəli yol hərəkəti qaydaları ilə bağlı inzibati cərimələri qanunla müəyyən edilmiş müddətdə ödəməyib.
Məhkəmə işi Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə araşdırılacaq. Əgər protokol təsdiqlənərsə, Balaəli Rzayevin sürücülük hüququ 6 aydan 1 ilə qədər məhdudlaşdırıla bilər.
Meyxanaçının bu hadisəyə münasibəti isə hələ ki məlum deyil.