"Mələkxanım oxusa, dünyanı dağıdaram"

Xalq artisti Mələkxanım Eyubova "Qonaqcanlı" proqramında "Leyli və Məcnun" tamaşasında başına gələn maraqlı hadisəni bölüşüb. O, adını açıqlamadığı bir xalq artistinin onun tamaşadakı roluna mane olmağa çalışdığını və bu səbəbdən ona qarşı müqavimət göstərildiyini deyib. Buna baxmayaraq, Eyubova rəhbərliyin qərarına əsasən Leyli rolunu ifa etdiyini və Alim Qasımovla səhnəyə çıxdığını bildirib. Bu maraqlı hadisə onun sənət həyatında unudulmaz izlər buraxıb.

"Mələkxanım oxusa, dünyanı dağıdaram"
Mələkxanım Eyyubova
reklam

  Xalq artisti Mələkxanım Eyubova “Qonaqcanlı” proqramında “Leyli və Məcnun” tamaşasında yaşadığı maraqlı hadisəni bölüşüb. O, açıqlamasında həmin dövrdə bir xalq artistinin onun bu rolu ifa etməsinə qarşı çıxaraq buna mane olmağa çalışdığını bildirib. Adını çəkmədiyi sənətkarın “Mələkxanım oxusa, dünyanı dağıdaram” dediyini xatırladan Eyubova, buna baxmayaraq rəhbərliyin qərarı ilə səhnəyə çıxdığını qeyd edib. Mələkxanım Eyubova operadakı tərəf-müqabili Alim Qasımovla da yaşadığı hadisələri xatırladıb. O, Qasımovun tamaşadan ayrılacağını öyrəndikdə onun həyat yoldaşı Tamilla xanımla görüşərək müzakirələr aparıb və nəhayət, Qasımovun bir il müddətində onunla birgə səhnəyə çıxmasına nail olduğunu vurğulayıb.