"Məni anlamaq üçün gec olacaq"
Türk müğənni və aktyor Özcan Deniz ailəsi ilə yaşadığı problemləri ictimailəşdirib. Böyük qardaşı və meneceri Ercan Denizlə yaşanan gərginlikdən sonra məşhur sənətçi ailə üzvlərini sərt tənqid edib. Özcan paylaşımında ailəsinə öz dəstəyini vurğulasa da, onların münasibətindən narazı qaldığını bildirib.
Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Deniz ailəsi ilə yaşadığı problemlərlə yenidən gündəmə gəlib. Sənətçi böyük qardaşı və meneceri olan Ercan Denizlə ötən aylarda mübahisə etdikdən sonra sosial mediada diqqət çəkən paylaşım edib.
Özcan ailəsinə olan sevgisi və dəstəyini vurğulasa da, münasibətlərdə qarşılaşdığı çətinlikləri belə ifadə edib:
"Onlara mənim qədər hörmət edən, dərdlərinə qaçan, canıyla, qanıyla dəstək olan olmayıb. Amma onlar bunu dərk etmirlər. Fəxr etməli olduqları halda tərsinə davranırlar. Gec də olsa, anlayacaqlar."
Bu açıqlama ilə Özcan Deniz ailəsi ilə münasibətlərindəki problemləri açıq şəkildə ifadə edib və vəziyyətin nə qədər ciddiləşdiyini göstərib.