"Mən suyam, o işıq, olmasam sönər"

Meyxanaçı Pərviz Bülbülə duet ortağı Türkan Vəlizadə ilə münasibətlərinə dair yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, qatıldığı verilişdə Vəlizadə ilə aralarındakı münasibəti maraqlı şəkildə izah edərək, onların bir-birini tamamladığını bildirib.

"Mən suyam, o işıq, olmasam sönər"
Pərviz Bülbülə
reklam

Meyxanaçı Pərviz Bülbülə son zamanlar duet ortağı Türkan Vəlizadə ilə aralarındakı münasibətlərin gərgin olduğu haqda yayılan iddialara cavab verib.

Söz ustası qonaq olduğu "Rəngarəng" verilişində bu mövzuya toxunaraq onların arasındakı münasibətə xüsusi bənzətmə gətirib:

"Mən suyam, o işıq. Olmasam sönər."

Bu sözlər qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. Onların gələcəkdə birlikdə fəaliyyət göstərib-göstərməyəcəyi isə hələlik sual altındadır.