Şokolad qutularındakı şəkillərindən qazanc əldə edibmi?-VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl üzərində fotosu olan şokolad qutuları ilə bağlı açıqlama verib. Müğənni bu layihədən heç bir qazanc əldə etmədiyini bildirib. O, insanların onun adı və siması ilə çörək pulu qazanmasına sevindiyini və buna halallıq verdiyini qeyd edib.

Şokolad qutularındakı şəkillərindən qazanc əldə edibmi?-VİDEO
Nazpəri Dostəliyeva
reklam

Xalq artisti Nazpəri Dostəliyeva maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sənətçi qonaq olduğu “5 üz” verilişində illər əvvəl üzərində onun şəkli olan şokolad qutularından danışıb.

Verilişin aparıcısı, aktyor Elşən Orucov müğənniyə “Əvvəllər sizin şokolad qutuların üzərində fotonuz var idi. Ondan pul qazanırdınız?” sualını ünvanlayıb.

Nazpəri Dostəliyeva isə bu layihədən heç bir gəlir əldə etmədiyini açıqlayıb:

“Xeyr, pul qazanmırdım. Məni bircə sevindirən odur ki, adımdan, xarici görünüşümdən, simamdan insanlar çörək pulu qazanırdılarsa, Allah xeyirini versin. Mən onlara halallıq verirəm. Yalnız şokoladlar yox, jurnallar, təqvimlər də var idi. Hamısı halal xoşları olsun”, - deyə sənətçi bildirib.

reklam
reklam