"Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti Gülyanaq Məmmədova şəxsi həyatına və sənət fəaliyyətinə dair maraqlı açıqlamalar verib. O, ailəsini qorumağın və sənətinə sadiq qalmağın onun üçün əsas olduğunu vurğulayıb. Müğənni, eyni zamanda, aldığı mükafatları əvvəlcədən yuxuda gördüyünü bildirib.

"Bütün mükafatlarımı yuxuda görmüşəm"
Gülyanaq Məmmədova
reklam

Xalq artisti Gülyanaq Məmmədova "Həmin Zaur" verilişində şəxsi həyatı və sənəti barədə səmimi açıqlamalar edib. O, ailəsinin üzünə həsrət qalaraq işinə davam etdiyini, lakin həm ailəsini, həm də sənətini qorumağa çalışdığını deyib:

"Əsas çətin işin öhdəsindən gəlmək lazımdır. Bunun qarşısında zəhmət dayanır. Ailəmi də, sənətimi də qorumalıyam. Bunun önündə anlayış durur".

Müğənni həyat yoldaşının şəxsi həyatlarını mediadan uzaq saxlamaq istədiyini də qeyd edib:

"Şəxsi həyatımı efirə gətirmək niyyətində olmamışam. Həyat yoldaşım kameranı sevmir. Evimə gəlin, amma kamerasız".

Gülyanaq Məmmədova aldığı mükafatları əvvəlcədən yuxuda gördüyünü vurğulayıb:

"Bütün mükafatlarımı yuxuda görmüşəm. Yuxularım gələcəyimin xəbərçisidir. Yuxularım çin olandan sonra danışıram".

reklam
reklam