"Mətanətdən zəhləm gedir"

Tanınmış aparıcı Elgiz Əsgər "Elgizlə izlə" verilişində müğənni Mətanət Əsədova barədə gözlənilməz açıqlama verib. O, zarafatla müğənnidən xoşlanmadığını desə də, sonda onun ürəyinin təmiz və qəlbinin gözəl olduğunu vurğulayıb.

"Mətanətdən zəhləm gedir"
Elgiz Əkbər
reklam

Aparıcı Elgiz Əsgər müğənni Mətanət Əsədova ilə bağlı fikirlərini bölüşüb.

O, "Elgizlə izlə" verilişində Əsədova haqqında zarafatla belə deyib:

"Mənim Mətanət Əsədovadan zəhləm gedir. O qadından niyə xoşum gəlmir bilmirəm. Sabah yazarsınız, yenə hücum edər üstümə."

Daha sonra Elgiz Əsgər bunun sadəcə zarafat olduğunu bildirib və müğənninin yaxşı insan olduğunu vurğulayıb:

"Mətanət yaxşı biridir, ürəyi təmizdir, qəlbi gözəldir. Əvvəllər özündən razı idi. 40 ildir məni qonaq çağırır, amma hələ də görməmişəm."

reklam
reklam