Natiq Şirinov Məhkəmədə Uduzdu: "Qavaldaş Nağara" Mübahisəsi

Azərbaycanın Xalq artisti Natiq Şirinovun müəlliflik hüququ ilə bağlı açdığı iddia Sumqayıt Şəhər Məhkəməsində nəticəsiz qaldı. Musiqiçi, "Qavaldaş nağara" adlı tətbiqi sənət əsərinin icrasına görə Ramal Cahangirovu məhkəməyə vermişdi. Lakin məhkəmə Xalq artistinin iddiasını qəbul etməyib.

Natiq Şirinov Məhkəmədə Uduzdu: "Qavaldaş Nağara" Mübahisəsi
Natiq Sirinov
reklam

Azərbaycanın Xalq artisti Natiq Şirinovun mülki iddiası Sumqayıt Şəhər Məhkəməsində araşdırılıb və qərar qəbul edilib. Musiqiçi Ramal Cahangirovun "Qavaldaş nağara" adlı tətbiqi sənət əsərini icra etməsi mübahisəyə səbəb olub. Natiq Şirinov, əsərinin müəlliflik hüququnun pozulduğunu iddia edərək məhkəməyə müraciət edib və Cahangirovdan 55 min manatlıq təzminat tələb edib.

Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Behbudovanın sədrliyi ilə keçirilən iclasda, məhkəmə Xalq artistinin iddiasını təmin etməyib.

Qeyd edək ki, "Qavaldaş nağara" adlı sənət əsəri 2019-cu il 11 dekabr tarixində Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb. Bu əsərdən Natiq Şirinov "Avroviziya" mahnı müsabiqəsinin açılış mərasimində istifadə etmişdi.