"Niyə çapalayıram?"

Aktyor Ülvi Həsənli Azərbaycanda aktyorların çətin vəziyyətindən danışıb. O, lazımi dəyərin verilmədiyini və qonorarların kifayət qədər olmadığını bildirib.

"Niyə çapalayıram?"
Ülvi Həsənli
reklam

Aktyor Ülvi Həsənli Azərbaycanda aktyorların üzləşdiyi çətinliklər barədə danışıb. O, "Xəbərin var?" verilişində qonaq olarkən sənət adamlarının yetərincə qiymətləndirilmədiyini və qonorarların azlığını vurğulayıb.

"Burak Özcivit nə vaxtdan aktyordur? Mən Çağatay Ulusoydan, Aras Bulut İynemlidən daha çox iş görmüşəm, amma niyə çapalayıram?" – deyə aktyor öz narazılığını ifadə edib.

O, yerli aktyorların kifayət qədər dəyərləndirilmədiyini və sənətə olan münasibətin dəyişməli olduğunu qeyd edib.