“Qayınanamın ayağını yuyaram”

Əməkdar artist Elnarə Abdullayeva gəlin-qayınana münasibətləri ilə bağlı qalmaqallı açıqlamalar verib. O, gəlinin ailədə problemləri varsa, ayrı yaşamalı olduğunu bildirib və kişinin ailə qurmazdan əvvəl maddi vəziyyətini düşünməsinin vacibliyini vurğulayıb.

“Qayınanamın ayağını yuyaram”
Elnarə Abdullayeva
reklam

Əməkdar artist Elnarə Abdullayeva yenidən diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib.

"Rəngarəng" proqramının qonağı olan sənətçi gəlin-qayınana münasibətləri barədə fikirlərini bölüşüb:

"Demişəm ki, əgər gəlin ailədə yaşaya bilmirsə, çıxsın, getsin. Mən demirəm ki, boşansın. Sadəcə, başqa evdə, kirayədə yaşasınlar. Əgər buna imkanı yoxdursa, bəs onda oğlunu niyə evləndirirdi? Əgər kişi ailəsini dolandıra bilməyəcəksə, nə üçün evlənirdi? Sadəcə "sevirəm" deməklə ailə qurmaq olmaz. Əgər min manat maaş alırsa, az xərcləməli, az alış-veriş etməlidirlər. Beləliklə, dolanmaq mümkündür."