Nuriyyə Əhmədovanın dəfnində niyə iştirak etmədiyini açıqladı

Xalq artisti Hacı İsmayılov mərhum aktrisa Nuriyyə Əhmədovanın dəfn mərasimində olmamasının səbəbini izah edib. Aktyor uzun müddətdir gedən söz-söhbətlərə aydınlıq gətirərək, mərhum sənətkarın ağır həyatından da danışıb.

Nuriyyə Əhmədovanın dəfnində niyə iştirak etmədiyini açıqladı
Hacı İsmayılov
reklam

Xalq artisti Hacı İsmayılov mərhum aktrisa Nuriyyə Əhmədovanın dəfnində iştirak etməməsinin səbəbini açıqlayıb.

Aktyor bu barədə Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" YouTube layihəsində danışıb. O, uzun müddətdir bu mövzuda gedən müzakirələrə son qoyaraq, həmin gün Bakıda olmadığını bildirib:

"Nuriyyə xanım Azərbaycan kinosunun və teatrının sevilən simalarından biri idi. Onunla “Həm ziyarət, həm ticarət” filmində uzun müddət birgə çalışmışıq. Hətta filmdən danışanda bəzən mənim adımı belə çəkmirdilər, Nuriyyə xanımın aktyor oyunu xüsusi vurğulanırdı. Lakin o, çox ağır, faciəvi bir həyat yaşadı. Böyük qızı "Həm ziyarət, həm ticarət" filmində bizim qızımız rolunu canlandırmışdı. Sonradan həm qızı, həm də oğlu faciəvi şəkildə dünyasını dəyişdi. Onun taleyi yadıma Sovet dövrünün məşhur müğənnisi Lyudmila Zyknanı salır. O, hər şeyə sahib idi – SSRİ Xalq artisti fəxri adına, Lenin ordeninə, saysız-hesabsız mükafatlara, evə, avtomobilə. Amma prodüseri onun haqqında danışanda dedi ki, o, yalnız səhnədə və sənətinin içində olanda xoşbəxt idi, çünki ailəsi və övladı yox idi. Nuriyyə xanım da güclü, mərd bir insan idi. Ağır faciələrlə üzləşsə də, filmlərə çəkilməyə davam edirdi, çünki sənəti onu yaşadırdı. Amma sənət bitəndən sonra dərdləri daha da ağırlaşdı”, – deyə aktyor bildirib.

Qeyd edək ki, "Həm ziyarət, həm ticarət" filmi 1995-ci ildə çəkilib. Nuriyyə Əhmədova 2015-ci ildə dünyasını dəyişib.