Klarnet ifaçısı toy sahibini sərt tənqid etdi

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, iştirak etdiyi toyda qarşılaşdığı mənzərəni sosial media izləyiciləri ilə bölüşərək, musiqiçilər üçün verilən yeməyin keyfiyyətini birmənalı tənqid edib. O, toy sahibinin kifayət qədər pul və imkanı olmasına baxmayaraq, musiqiçilərə verilən yeməyi qənaətcil yanaşma ilə təqdim etməsini qınayıb.

Klarnet ifaçısı toy sahibini sərt tənqid etdi
Huseyn Mehemmedoglu
reklam

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, iştirak etdiyi bir toyda qarşılaşdığı mənzərəni izləyiciləri ilə paylaşaraq toy sahibini sərt şəkildə tənqid edib. O, musiqiçilər üçün ayrılmış stolu gördükdən sonra, toy sahibinin onlara verilən yeməyin keyfiyyətini tənqid edərək sosial media hesabında yazıb: “Bu qədər pulun, imkanın ola və sən musiqiçilərin yeməyini belə qısasan. Ayıbdır... Şükür Allaha, evdə yeməyim var, çöldə istədiyimi ala bilirəm. Biz toy sahibinin qonaqlarıyıq, şadlıq evinin yox. Vaxtın olanda toyun diskinə baxarsan. Verdiyin yemək kimi də ifa etmişəm. Əgər kasıb olsaydı, bir stəkan çaya da təşəkkür bildirərdim”.