"Nadir Qafarzadəni ilk dəfə toya mən aparmışam"

Əməkdar artist Rühəngiz Allahverdiyeva müğənni Nadir Qafarzadə və digər ifaçılara dəstək verdiyini açıqlayıb. O, Qafarzadəni ilk dəfə toy məclisinə özü apardığını bildirib.

"Nadir Qafarzadəni ilk dəfə toya mən aparmışam"
Rühəngiz Allahveriyeva
reklam

Əməkdar artist Rühəngiz Allahverdiyeva müğənni Nadir Qafarzadə ilə bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.

Sənətçi "Tarixin bir günü" verilişində Qafarzadənin toylara ilk dəfə məhz onun sayəsində getdiyini bildirib:

"Çox müğənniyə dəstək olmuşam, onları toylara aparmışam. Onlardan biri də Nadir Qafarzadə, Nazənin olub. Mən onlara dəstək vermişəm. Paxıl deyiləm, bunu çox müğənniyə etmişəm. Hətta elə olub ki, ev sahibi pul verməyib, mən öz cibimdən qonorar ödəmişəm."

Allahverdiyevanın bu açıqlaması sənət aləmində geniş müzakirələrə səbəb olub.