"Ölümdən qurtardım"

Əməkdar artist Almaz Ələsgərova həyatında çətin dövrlər yaşadığını bildirib. Müğənni pandemiya illərinin boşa keçdiyini etiraf edib və səhhəti ilə bağlı ciddi problemlər yaşadığını vurğulayıb.

"Ölümdən qurtardım"
Almaz Ələsgərova
reklam

Əməkdar artist Almaz Ələsgərova başına gələn çətinliklərdən və keçirdiyi sağlamlıq problemlərindən danışıb. O, "Etiraf" verilişində pandemiya illərində çox vaxt itirdiyini və bu müddətdə həyatında ciddi dəyişikliklərin baş verdiyini etiraf edib.

"Tənbəlliyimə görə çox vaxt itirmişəm. Pandemiyadan bu yana 5 ilim getdi. Çox şey edə bilərdim. Həyatımda problemlərim oldu, ölümdən qurtardım. Allah məni istəyir ki, yaxşıyam. İşlərim çoxdur. Hər şey göz qırpımında gedir. Ona görə də hər şeyin qədrini bilməliyik."

Sənətçi ona qarşı edilən haqsızlıqlardan da söz açıb və insanlara kin bəsləmədiyini bildirib:

"Elə pislik ediblər ki, mənə... Bağışlamışam. Nə edim, kinlə yaşayım? Mənə heç nə dərs olmur."

Almaz Ələsgərova yeni layihələri üzərində çalışdığını və həyatına müsbət yöndə davam etdiyini vurğulayıb.

reklam
reklam