"Ona dəyən daş mənə dəysin"

Əməkdar artist Rühəngiz Allahverdiyeva keçmiş həyat yoldaşı ilə ayrılıq səbəbini açıqlayıb. Müğənni günahın özündə olduğunu etiraf edərək, başına gələn hadisələrin münasibətlərinə necə təsir etdiyini bölüşüb. Buna baxmayaraq, keçmiş həyat yoldaşına qarşı dərin hörmət bəslədiyini vurğulayıb. "Bir həyat yoldaşı səni nə söyüb, nə döyübsə, onun haqqında pis danışmaq olmaz," - deyə sənətçi bildirib.

"Ona dəyən daş mənə dəysin"
Rühəngiz Allahverdiyeva
reklam

Əməkdar artist Rühəngiz Allahverdiyeva şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib. Müğənni keçmiş həyat yoldaşı ilə ayrılıq səbəbini açıqlayaraq, günahın özündə olduğunu bildirib. Proqramlardan birində çıxışı zamanı Rühəngiz Allahverdiyeva başına gələn hadisəni bu cür izah edib: "Toylara gedirdim və həyat yoldaşıma maşın istəyimi bildirdim. O isə "Sürə bilmirsən" dedi. Cavab verdim ki, öyrənəcəyəm. Bir sənət dostum kömək etmək istədi, birlikdə maşın sürməyə getdik. Təəssüf ki, qəza keçirdim. Daha sonra bu hadisə mətbuatda elə şişirdildi ki, sanki Hollivud filmlərində iştirak etmişəm. Bu hadisə bizim münasibətlərimizin sonu oldu". Müğənni keçmiş həyat yoldaşına hörmətini itirmədiyini vurğulayaraq, bunları əlavə edib: "Məni çox istəyib, indi də hörmətimi saxlayır. Ona dəyən daş mənə dəysin. Bir həyat yoldaşı səni söyməyibsə, döyməyibsə, onun haqqında nə deyə bilərsən?"