Yüzdə bir insanın sağ qala biləcəyi xəstəlikdən xilas oldum"-DEDİ

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı dünyada çox nadir rast gəlinən və sağalma ehtimalı çox az olan bir xəstəliyi dəf etdiyini açıqlayıb. Almaniyada başına gələn bu hadisəni paylaşan aparıcı, ailəsinə və övladlarına olan sevgisinin ona yaşamaq üçün güc verdiyini deyib.

Yüzdə bir insanın sağ qala biləcəyi xəstəlikdən xilas oldum"-DEDİ
Xoşqədəm Hidayətqızı
reklam

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı yayın əvvəlində Almaniyada ağır xəstəlik keçirtdiyini açıqlayıb. O, bu barədə proqramında danışıb və həmin günləri belə xatırlayıb: "Bu yay Almaniyada həyatım dəyişdi. Çox nadir rast gəlinən, dünyada yüz nəfərdən yalnız birinin sağ qala biləcəyi bir xəstəliyə yoluxmuşdum. Almaniyalı professorun dəstəyi ilə həyatım qurtuldu. Həyatımın ən ağır üç gününü keçirdim. Gözlərim bağlı idi və yalnız övladlarım üçün qalxıb mübarizə etməli olduğumu düşündüm. Onları fast-food yeyərkən və üst-başları çirkli halda görəndə, 'mən ayağa qalxmalıyam, onların məndən başqa anası yoxdur' dedim. Çünki bizim evimizdə belə şeylər olmaz". Xoşqədəm Hidayətqızı hazırda özünü yaxşı hiss etdiyini və ailəsinin ona olan dəstəyinin ən böyük dayaq olduğunu qeyd edib.