Xeyriyyə fondunun milyonlarını şəxsi lüks ehtiyaclarına sərf edib
Amerikalı reper Lil Ueyn xeyriyyə fondundan milyonlarla dolları şəxsi təyyarə uçuşları, lüks otellər və geyim alış-verişinə sərf edib. Bu hərəkətləri, fondun şəffaflığını sual altına alıb və ciddi tənqidlərə səbəb olub.
Amerikalı reper Lil Ueyn, çətin vəziyyətdə olan musiqiçilərə dəstək məqsədilə yaradılmış xeyriyyə fondundan milyonlarla dolları şəxsi ehtiyaclarına sərf edib. Fondun büdcəsindən 9 milyon dollar, geyim, şəxsi uçuşlar və lüks otellər üçün xərclənib. Lil Ueyn 14 min dolları iki qadının uçuşları və otel xərcləri üçün sərf edərkən, 1,3 milyon dolları isə özəl təyyarələrlə şəxsi səfərlərinə xərcləyib. Bundan əlavə, o, dəbdəbəli geyim markalarından, o cümlədən "Balenciaga", "Rick Owens" və "Marni"dən yarım milyon dollar dəyərində alış-veriş edib. 2021-ci ildə isə Yeni il tədbiri üçün ayrılmış 88 min dollar büdcə boşa gedib.
Digər tərəfdən, reper Kris Braun da 2022-ci ildəki ad günü mərasimi üçün 80 min dollar, məşhurlar arasında təşkil olunmuş basketbol turniri üçün isə 179 min dollar sərf edib. Bu məlumatların açıqlanması ictimaiyyət tərəfindən ciddi tənqidlərə səbəb olub və fondun maliyyə şəffaflığı barədə suallar yaranıb. Hadisə ilə bağlı daha dərindən araşdırmaların aparılacağı gözlənilir.