Cəsarətli fotosessiyası gündəm oldu-FOTO

Məşhur cütlüyün avtomobildə çəkilmiş pozaları sosial mediada geniş müzakirə olunur. Dünya şöhrətli müğənni və aktrisa Selena Qomez əri Benni Blanko ilə birlikdə "The Interview" jurnalı üçün fotosessiya etdirib.

Cəsarətli fotosessiyası gündəm oldu-FOTO
Selena Qomez və əri Benni Blanko
reklam

Jurnalın üz qabığında cütlük Loewe brendinə aid eyni kostyumlarla kamera qarşısına keçib. Daha sonra paltolarını çıxararaq avtomobilin ön oturacağında bir-birinin üstünə uzanaraq cəsarətli pozalar veriblər. Fotosessiya zamanı Selena Balenciaga markalı sviter və corabları, həmçinin Hedi Slimane imzalı şubanı geyinib. Benni isə Svord and The Stone brendindən olan zirehlərlə cəngavər obrazını canlandırıb.

Cütlüyün bu fotoları sosial mediada geniş yayılaraq böyük marağa səbəb olub.

reklam
reklam