Prokurorluq Merve Özbeyin əri üçün 27 il həbs cəzası tələb etdi

Türkiyəli müğənni Merve Özbeyin həyat yoldaşı Kenan Koçak, mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olan Turan Yıldırımın xaricə qaçmasına kömək etməkdə ittiham olunur. Prokurorluq, Koçak üçün 27 il həbs cəzası tələb edib.

Prokurorluq Merve Özbeyin əri üçün 27 il həbs cəzası tələb etdi
Merve Özbey və həyat yoldaşı
reklam

Türkiyəli müğənni Merve Özbeyin həyat yoldaşı Kenan Koçak, "Sarallar" kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olan Turan Yıldırımın xaricə qaçmasına kömək etməkdə ittiham edilir.

Türk mediasına istinadla yayılan məlumata görə, Koçak və digər 62 şübhəli barəsində "cinayətkar təşkilata köməklik etmək" və "qaçaqmalçılığa kömək etmək" ittihamları irəli sürülüb.

Prokurorluq, Kenan Koçak üçün 27 il həbs cəzası tələb edib. İstintaq nəticəsində, Koçakın Turan Yıldırımın xaricə qaçmasına kömək etdiyi iddia edilib. Hazırda Koçak və digər şübhəlilər saxlanılıb və məhkəmə prosesi davam edir.