"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da olmamışam"
Müğənni Vəfa Şərifova "Tarixin bir günü" verilişində qadın kimi heç vaxt xoşbəxt olmadığını açıqlayıb. Onun bu səmimi etirafı izləyiciləri və studiyada iştirak edən qonaqları dərin təsir altında qoyub.
Müğənni Vəfa Şərifova "Tarixin bir günü" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar edib.
O, qadın kimi xoşbəxt olmadığını belə ifadə edib:
"Xoşbəxt ola bilmərəm. Tamam olmayan nüanslar var. Çox şükür, övladlarım var. Allah onları qorusun. Mənim üçün hər şey övladlarımdan və sənətimdən ibarətdir. Amma bir qadın olaraq xoşbəxtəmmi? Deyiləm. Olmuşammı? Heç vaxt olmamışam".
Onun bu sözləri studiyada olan qonaqlar arasında təsirli anlar yaradıb. Aparıcı Tarix Əliyevin açıqlaması isə müğənni Şəbnəm Qəhrəmanovanı göz yaşlarına boğub.