Şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verdi

Müğənni Üzeyir Mehdizadə şəxsi həyatı haqqında yazılan xəbərlərə əsəbləşdi və müzakirə edənləri xəbərdar edərək daha bundan sonra belə mövzulara toxunulmamasını tələb etdi.

Şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verdi
Üzeyir Mehdizadə
reklam

Müğənni Üzeyir Mehdizadə şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə sərt reaksiyasını bildirdi. O, sosial şəbəkədə yerləşdirilən videoda şəxsi həyatının müzakirə olunmasından narazı olduğunu bildirdi və xəbərdarlıq etdi: "Yerləşdirilən xəbərləri silin. Axırıncı dəfə olsun ki, şəxsi həyatım barədə nəsə paylaşılır və müzakirə olunur. Şəxsi həyatım barədə yaxşı belə heç nə yazmayın. Mahnılarıma qulaq asın, kliplərimə baxın. Sənətimi müzakirə edin. Mən heç kimin həyatı ilə maraqlanmıram, eyni şeyi də özümə qarşı tələb edirəm".