Qızı ilə birlikdə Edip Akbayramın məzarını ziyarət etdi-FOTO
Mahsun Kırmızıgül vəfat edən ustadı Edip Akbayramın məzarını qızı Lavinlə birlikdə ziyarət edib. O, bu anları sosial şəbəkədə paylaşaraq sənətkarla bağlı duyğularını ifadə edib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Türkiyənin məşhur müğənnisi və rejissoru Mahsun Kırmızıgül yaxın günlərdə vəfat edən böyük sənətkar Edip Akbayramın məzarını qızı Lavinlə birlikdə ziyarət edib.
Sənətçi bu anları sosial şəbəkədə paylaşaraq, Akbayramla bağlı xatirələrini bölüşüb:
"İstanbula qayıdan kimi ayaqlarım məni qızımla birlikdə Edip Akbayramın məzarına apardı. İçimdə böyük bir ağırlıq hiss etdim, çünki onun yas mərasiminə qatıla bilməmişdim. O, mənim üçün sadəcə bir sənətkar deyildi, həm kumirim, həm də ilham mənbəyim idi. İlk dəfə onun səsini eşidəndə keçirdiyim həyəcan hələ də yadımdadır. Onun mahnıları ilə böyüdüm, dünyaya fərqli gözlə baxmağı öyrəndim."
Mahsun Kırmızıgül paylaşımında qızı Lavinin ona ünvanladığı sualı da qeyd edib: "Ata, niyə ağlayırsan? Onu çox sevirsən?" Müğənni bu suala cavab olaraq, Edip Akbayramın həyatındakı yerini, ona bəxş etdiyi dəyərləri və musiqisinin yaratdığı təsiri qızına izah etdiyini bildirib.
Sənətçi paylaşımının sonunda Akbayramın unudulmaz bir şəxsiyyət olduğunu vurğulayaraq, onun mahnılarının və xatirəsinin daim yaşayacağını qeyd edib:
"Bəzi insanlar ölmür, onlar sadəcə bu dünyadan köç edirlər, amma xatirələrdə, mahnılarda və dualarda var olmağa davam edirlər. Edip qardaş da belə bir insandır. Onu daim ürəyimdə yaşadacağam."
admin Şub 13, 2025 0 430
admin Eki 31, 2024 0 165
admin Eki 31, 2024 0 126
admin Kas 1, 2024 0 26
AsimanFərzəliyeva Şub 9, 2025 0 25
AsimanFərzəliyeva Mar 20, 2025 0 1
AsimanFərzəliyeva Mar 20, 2025 0 1
AsimanFərzəliyeva Mar 20, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox