"Axşam yeməyimi ən gec 17:00-da yeyirəm"

Futbolçu Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan qida və yuxu rejimi barədə danışıb. O, sağlam həyat tərzini qorumaq üçün axşam yeməyini erkən yediyini və gec saatlarda yatmağa üstünlük verdiyini bildirib.

"Axşam yeməyimi ən gec 17:00-da yeyirəm"
Aslıhan Doğan Turan
reklam

Futbolçu Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan gündəlik qida və yuxu rejimi barədə danışıb.

O, türk mətbuatına açıqlamasında sağlam həyat tərzini qorumaq üçün axşam yeməyini erkən yediyini bildirib:

"Axşam yeməyimi ən gec 17:00-da yeyirəm. Saat 21:30-da yatıram və 06:00-da oyanıram. Uşaqlardan 1 saat əvvəl yeməyimi yesəm də, mütləq süfrədə əyləşirəm."

Aslıhan Doğan Turan balanslı qidalanma və nizamlı həyat tərzinin vacibliyini vurğulayaraq, bu rejimin enerjili və sağlam qalmasına kömək etdiyini qeyd edib.