"Qızım sözümə baxmır, mübahisələr başlayıb"
Xalq artisti Zülfiyyə Xanbabayeva ailəsi və qızı Dəniz haqqında açıqlamalar verib. O, keçmişini heç vaxt unutmadığını, lakin gələcəyinə fokuslandığını bildirib. Müğənni, qızı ilə münasibətləri barədə danışaraq, aralarında fikir ayrılıqlarının başladığını etiraf edib.
"Keçmişini unudan gələcəyini görməz. Amma çox keçmişlə də yaşamaq olmaz. Mənim keçmişimdə ailəm var və onları heç vaxt unutmuram. Bununla belə, gələcəyim balam Dənizlə bağlıdır," - bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" proqramında səsləndirib.
Müğənni, ailə bağları və qızı Dəniz haqqında fikirlərini bölüşərək onun böyüməsi ilə aralarında bəzi fikir ayrılıqlarının ortaya çıxdığını bildirib. "Dəniz böyüyüb, amma sözümə baxmır. Mübahisələr artıq başlayıb," - deyə Xanbabayeva vurğulayıb.