Qonca Vuslateridən Gülməli Etiraf: “Mənimlə dostlaşması üçün fahişə olmağım lazım idi”
Türkiyənin məşhur aktrisası Qonca Vuslateli tələbəlik illərində başına gələn maraqlı və bir o qədər gülməli hadisəni bölüşüb. Aktrisa gecə çəkilişlərdən evə dönərkən qonşusunun onu yanlış anlaması və münasibətlərinin qəribə şəkildə dəyişməsindən bəhs edib.
Türkiyənin sevilən aktrisası Qonca Vuslateli iştirak etdiyi bir podkastda tələbəlik illərində başına gələn maraqlı və əyləncəli bir hadisəni xatırlayıb. Aktrisa həmin dövrdə həm dərs, həm məşqlərlə məşğul olduğunu, gec saatlarda evə döndüyünü bildirib. Onun sözlərinə görə, yaşadığı binada qonşu bir qadın gecə vaxtı gəldikləri üçün onları yanlış anlayırmış: “Biz dərsdən sonra məşq edirdik və gecə saat 1-də evə dönürdük. Alt mərtəbədəki qonşu qadın hər dəfə bizi görən kimi qapını açıb söyüşlər yağdırırdı: ‘Tfu əxlaqsızlar, həyat qadınları!’ Hər nə qədər tələbə olduğumuzu izah etsək də, qadın bizi dinləmirdi.” Qonca bu gərgin münasibətin qəribə bir zarafatla dəyişdiyini qeyd edib: “Bir gün çəkilişdən gecə saat 3-də evə gəldim. Qapını açan qonşu mənə şübhəli-şübhəli baxıb soruşdu: ‘Hardan gəlirsən?’ Mən də çox yorğun idim və zarafatla dedim: ‘Pavilyondan gəlirəm, 5 müştərim olub.’ Qadın birdən gülümsəyib dedi: ‘Qoncam, gəl çay içək, nə zarafatcıl qızsan sən!’ Beləliklə, qadın mənimlə dost oldu.” Bu maraqlı hadisə Qonca Vuslatelinin həyatında unudulmaz bir xatirə kimi qalıb.