Perihan Savaş mərhum həyat yoldaşı Yılmaz Zəfəri xatırladı: "Məni tanımırdı, abla deyirdi"

Türkiyənin tanınmış aktrisası Perihan Savaş bir proqramda mərhum həyat yoldaşı, aktyor Yılmaz Zəfərlə bağlı xatirələrini bölüşüb. Yılmaz Zəfərin keçirdiyi xəstəlikdən sonra yaddaşını itirdiyini və ona "abla" deyə müraciət etdiyini söyləyən Savaş, o dövrdə yaşadıqları çətinliklərdən danışıb.

Perihan Savaş mərhum həyat yoldaşı Yılmaz Zəfəri xatırladı: "Məni tanımırdı, abla deyirdi"
Perihan Savaş
reklam

Türkiyənin məşhur aktrisası Perihan Savaş qatıldığı bir televiziya proqramında mərhum həyat yoldaşı, aktyor Yılmaz Zəfəri xatırlayıb. O, Yılmaz Zəfərlə 1987-ci ildə ailə qurduğunu və bu evlilikdən bir oğul sahibi olduğunu bildirib. Aktrisa həyat yoldaşının 1999-cu ildə, bir il davam edən beyin iflici xəstəliyindən sonra vəfat etdiyini qeyd edib. O, bu dövrdə baş verənləri belə anladıb: "Öncə infarkt keçirdi, daha sonra isə beyin iflici. Xəstəlikdən sonra heç kimi, hətta məni də tanımırdı. Mənə ‘abla’ deyə müraciət edirdi, kim olduğumu unutmuşdu. İl yarım bu halda yaşadı, mən ona qulluq edirdim. Çox çətin günlər idi. Nəhayət, 1999-cu ildə vəfat etdi.” Perihan Savaşın bu səmimi etirafları proqram izləyicilərini kövrəldib.