Mark Zukerberq Bayden administrasiyasının təzyiqlərini etiraf etdi
"Meta"nın rəhbəri Mark Zukerberq, ABŞ-nin Prezidenti Co Baydenin administrasiyasının COVID-19 pandemiyası zamanı platformada senzura tətbiq etmək üçün ona təzyiq göstərdiyini açıqlayıb.
"Meta"nın rəhbəri Mark Zukerberq ABŞ-nin Prezidenti Co Bayden administrasiyasının pandemiya dövründə sosial media platformasında senzura tətbiq etmək üçün ona təzyiq göstərildiyini etiraf edib. Zukerberq bildirib ki, Ağ Evdən gələn əsas təzyiqlər COVID-19 vaksinlərinin yan təsirləri ilə bağlı edilən paylaşımlar üzərində olub.
Zukerberq bununla bağlı bildirib: "Bayden administrasiyasından komandamıza zəng edərək qışqırır və təhqir edirdilər. Peyvəndlərin yan təsirləri ilə bağlı yazıları silmək üçün bizə güclü təzyiq göstərdilər."