Rusiyaya girişinə 70 il qadağa qoyuldu
Məşhur bloqer və pranker Sübhan Məmmədov ("Subo") Rusiyaya giriş hüququndan 70 il müddətinə məhrum edilib. Buna səbəb onun polis və hərbçilərlə bağlı çəkdiyi prank videoları olub. Aparılan araşdırmalar zamanı isə onun Rusiya vətəndaşlığı üçün müraciət edərkən yanlış məlumatlar təqdim etdiyi müəyyən edilib. Hazırda bloqer yalnız Azərbaycan vətəndaşlığını saxlayır.
