Səidə Quliyevaya doğum günündə ağır itki

Xalq artisti Səidə Quliyevaya doğum günündə böyük bir itki üz verib. Anası uzun müddət xəstəlikdən əziyyət çəkdikdən sonra bu dünyadan köçüb.

Səidə Quliyevaya doğum günündə ağır itki
Səidə Quliyeva
reklam

Xalq artisti Səidə Quliyevaya doğum günündə ağır itki üz verib. Aktrisanın anası dünyasını dəyişib.

Quliyevaya doğum günü münasibətilə zəng edənlər acı xəbər alıblar. Xalq artisti göz yaşları içərisində anasının dünyasını dəyişdiyini bildirib:

"Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur. Mənim üçün çox ağırdır".