Səidə Sultan "Əydi qəddimi" mahnısına yeni nəfəs verdi – VİDEO
Müğənni Səidə Sultan, məşhur bəstəkar Xanhüseyn Hüseynovun "Əydi qəddimi" mahnısını yenilikçi bir yanaşma ilə təqdim edib. Müxtəlif musiqi üslublarını birləşdirən bu ifa, həm vizual, həm də musiqi baxımından diqqət çəkir
Müğənni Səidə Sultan yeni layihəsini təqdim edərək, Xanhüseyn Hüseynovun "Əydi qəddimi" mahnısını ifa edib. Mahnının sözləri və musiqisi Xanhüseyn Hüseynova məxsusdur.
Səidənin ifa etdiyi bu mahnı, həmçinin sənətçinin vizual təqdimatını da özündə birləşdirir. Mahnının stilistik hazırlığına isə məşhur stilist Anar Ağakişiyev rəhbərlik edib. İfa olunan bəstənin aranjmanını isə Fərid Ağa hazırlayıb.
Səidə Sultan, musiqiyə olan fərqli yanaşması ilə dinləyicilərə yeni təcrübə yaşadıb, həm də müasir musiqi dünyasında öz izini buraxmağa davam edir.