"Saç yolmuram, işıqları söndürürəm"
Əməkdar artist Sənubər İsgəndərli gənc qalmasının təbii sirrini açıqlayıb. Pəhrizlərə inanmadığını və sadəcə öz həyat tərzinə riayət etdiyini bildirən aktrisa, xoşbəxtlik haqqında da maraqlı fikirlər səsləndirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Əməkdar artist Sənubər İsgəndərli, gənc qalmasının sirrini açıq şəkildə bölüşüb. O, "Pərvizə görə" proqramında qonaq olaraq bildirib ki, heç bir pəhriz saxlamır və sadəcə özünə qoyduğu qaydalara riayət edir.
"Keçmişdə daha çox pəhriz saxlayırdım, amma indi ümumiyyətlə belə şeylərdən uzağam. Sadəcə müəyyən həyat tərzim var. Bu qaydalara əməl etməyim, həyatıma balans gətirir," - deyə o bildirib.
Aktrisa xoşbəxtlik barədə də düşüncələrini bölüşüb: "Yüz faiz xoşbəxtlik yoxdur. Bütün insanlar kimi mənim də büdrəmələrim və səhvlərim olub. Amma nisbətən xoşbəxt qadınam. Ruhdan düşdüyüm zamanlarda isə yaxınlarım mənə dəstək olur. Psixoloqların dediyi kimi, 'özünə kömək edə bilərsən' – bu doğru bir yanaşmadır."
Sənubər İsgəndərli, ruh halını yaxşılaşdırmaq üçün isə musiqidən faydalandığını bildirib. "Ruhdan düşdüyüm anlarda musiqi qoyub dinləyirəm. Bu, mənim üçün yaxşı bir terapiya rolunu oynayır. Yavaş-yavaş yaxşı düşünməyə başlayıram və optimist oluram," – deyə o vurğulayıb. "Evə gəldiyimdə işıqları söndürüb, sadəcə dincəlirəm və daha pozitiv oluram."
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 170
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 53
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 9
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox