Sahil çəkilişi gözlənilməz fəlakətə çevrildi - VİDEO

Taylandın Phuket adasında məşhur makiyaj fenomeni Svetlana Smoky sahildə çəkiliş zamanı gözlənilməz hadisə ilə qarşılaşıb. Güclü dalğa çəkilişi yarımçıq qoyaraq hər şeyi alt-üst edib. Bu anlar sosial mediada sürətlə yayılaraq milyonlarla insan tərəfindən izlənilib.

Sahil çəkilişi gözlənilməz fəlakətə çevrildi - VİDEO
Svetlana Smoky
reklam

Taylandın Phuket adasında məşhur makiyaj fenomeni Svetlana Smoky üçün nəzərdə tutulan mükəmməl çəkiliş gözlənilməz hadisə ilə nəticələnib. O, sahildə dayanaraq Adele-in “Rolling in The Deep” mahnısının sədaları altında poza verirdi. Lakin anidən yüksələn güclü dalğa çəkilişi tamamilə pozub və hər şeyi alt-üst edib.

Svetlana bu maraqlı görüntüləri “Instagram” hesabında paylaşaraq, videonun qısa müddətdə 8,6 milyon baxış topladığını və viral yayıldığını bildirib. Sosial mediada istifadəçilər bu hadisəyə müxtəlif reaksiyalar verərək, həm gülməli, həm də gözlənilməz olduğunu vurğulayıblar.