Serdar Ortaç sol qolunu itirdi
MS xəstəliyi ilə mübarizə aparan məşhur müğənni Serdar Ortaç ağır itkisini və yaşadığı çətin dövrü bölüşüb. O, sol qolunu itirdiyini və həyatına son vermək istəyini açıqlayıb.
MS xəstəliyi ilə mübarizə aparan müğənni Serdar Ortaç, son müsahibəsində həyatında baş verən çətinlikləri və yaşadığı ağır dövrü açıqlayıb. Müğənni, əvvəlcə sol ayağını itirdiyini, bunun səbəbinin MS xəstəliyi olduğunu bildirib. Lakin sonradan, ev dustağı olduğu müddətdə sol qolunun da itməsi onu daha da çətin vəziyyətə salıb.
“Ev dustağı olduğum müddətdə sol qolumu itirdim. Əvvəllər MS xəstəliyim səbəbindən sol ayağımı itirmişdim. Gəzməkdə çətinlik çəkirdim, amma yenə də konsertlərimə davam edirdim. Lakin qumara aludəçiliyə görə cəzalandırıldım və evdə damın altında qaldım. Sol qolumu itirdim, çünki evdə qandallı gəzirdim. Ölmək istəyirəm. Bu mənim son müsahibəmdir. Bir daha danışmayacam. Buna dəyməz, danışmağa dəyməz", - deyə Ortaç açıqlama verib.
Onun sözlərinə görə, yaşadığı bu ağır dövr onu son dərəcə pessimist edib və artıq həyatına davam etməkdə çətinlik çəkir. Bu açıqlama ilə Serdar Ortaç, həmçinin bir neçə dəfə danışmadığı barədə də xəbər verib.