Serdar Ortaçın Ev Dustaqlığı Qərarı Ləğv Edildi

Türkiyəli məşhur müğənni Serdar Ortaçın qanunsuz mərc fəaliyyəti və insanları buna təşviq etməsi ittihamı ilə qarşılaşdığı məhkəmə prosesində yeni qərar verilib. Serdar Ortaç barəsindəki ev dustaqlığı və məhkəmə nəzarəti tədbirləri ləğv edilib.

Serdar Ortaçın Ev Dustaqlığı Qərarı Ləğv Edildi
Serdar Ortac
reklam

Son həftələrdə İstanbul Prokurorluğunun qanunsuz mərc şəbəkələrinə qarşı genişmiqyaslı əməliyyatları çərçivəsində Mehmet Ali Ərbil və Serdar Ortaç da daxil olmaqla bir çox şəxs saxlanılmışdı.

Müğənni ilə bağlı məhkəmə prosesi dekabrın 24-də, Mehmet Ali Ərbilin məhkəməsi isə dekabrın 30-da keçiriləcək.