Shakira xəstəxanaya yerləşdirildi
Dünya şöhrətli müğənni Şakira qarın ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətçi xəstəliyinə görə Peruda keçirilməsi planlaşdırılan konsertini təxirə saldığını açıqlayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Məşhur kolumbiyalı müğənni Şakira Perunun paytaxtı Limada keçirilməsi planlaşdırılan konserti öncəsi qəfil səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.
Şakira sosial media hesabında pərəstişkarlarına müraciət edərək vəziyyəti ilə bağlı məlumat verib:
"Dünən axşam şiddətli qarın ağrısı səbəbindən təcili yardım çağırmalı oldum və hazırda xəstəxanadayam. Həkimlər bu gün səhnəyə çıxmağın mümkün olmadığını bildiriblər. Ümid edirəm ki, tezliklə sağalacağam və sizin üçün hazırladığım şounu təqdim edəcəyəm".
Qeyd edək ki, Şakira ötən həftə Braziliyada başlayan dünya turu çərçivəsində 10 ildən sonra ilk dəfə Limada konsert verməyə hazırlaşırdı. Hazırda müğənninin səhhəti ilə bağlı son vəziyyət diqqətlə izlənilir.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 170
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 53
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 9
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox