Səhnədə göz yaşlarını saxlaya bilmədi-FOTO

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül İzmirdə verdiyi konsertdə anasının xatirəsinə mahnılar ifa edərkən duyğusal anlar yaşayıb. Səhnədə danışan sənətçi, anasının ona insanlara və əməyə hörmət etməyi öyrətdiyini qeyd edib. Mahsun, anasının 99 yaşında dünyasını dəyişdiyini və bu itkinin acısını hələ də dərin şəkildə hiss etdiyini bildirib.

Səhnədə göz yaşlarını saxlaya bilmədi-FOTO
Mahsun Kırmızıgül
reklam

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül İzmirdəki konsertində duyğusal anlar yaşayıb. O, səhnədə anasının xatirəsinə mahnılar ifa edərək onunla bağlı xatirələrini bölüşüb.

"Bu gecə səhnədə olmaq həyatımın ən çətin anlarından biridir. Anam mənə həmişə insanlara və əməyə hörmət etməyi öyrədib," - deyə Mahsun bildirib. Müğənni, anasının 99 yaşında vəfat etdiyini və bu itkini hələ də ürək ağrısı ilə yaşadığını əlavə edib.