Niyam Salami saxta sənədlərlə aldadıldığını iddia edir

Müğənni Niyam Salami 500 000 manatlıq borcu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilib. Salami, ona məxsus olduğu iddia edilən saxta sənədin gerçək olmadığını bildirərək, məhkəmədə imzasının dəyişdirildiyini iddia edir.

Niyam Salami saxta sənədlərlə aldadıldığını iddia edir
Niyam Salami
reklam

Müğənni Niyam Salami 500 000 manatlıq borcu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilib. Bu məsələnin bəzi təfərrüatları məlum olub.

N.Salaminin vəkili Azər Xudiyev açıqlamasında qarşı tərəfin iddialarının doğru olmadığını bildirib. O, müğənninin məhkəmədə imzasını əvvəlcə təsdiq etdiyini, sonra isə dəyişdirildiyini iddia edənlərin yanlış olduğunu vurğulayıb. Həmçinin, vəkil qeyd edib ki, birinci instansiya məhkəməsində və apellyasiya şikayətində şahidlərin dindirilməsini və imzanın düzgünlüyünün yoxlanılması üçün texniki ekspertizaya göndərilməsi üçün vəsatət qaldırıblar.

Vəkil, Şirvan Kommersiya Məhkəməsinin bu vəsatəti qəbul etmədiyini, lakin apellyasiya məhkəməsində vəsatətlərinin təmin edildiyini söyləyib. Hazırda məsələ texniki ekspertizaya göndərilib və nəticə gözlənilir.

Vəkil Azər Xudiyev, saxta sənədin yazıldığını iddia edərək, Tural adlı şəxsin Niyam Salaminin imzasını istifadə edərək 500 000 manatlıq borc barədə mətn yazdığını bildirib. O, bu iddianın əsassız və cəfəngiyyat olduğunu vurğulayıb.