Gülü Rəmişin evi ilə bağlı iddialara cavab verdi
Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü müğənni Niyam Salaminin açıqlamalarına sərt reaksiya verib. O, evini satmadığını və Niyamın onu işdən çıxardığını bildirib.
![Gülü Rəmişin evi ilə bağlı iddialara cavab verdi](https://s3.us-east-1.amazonaws.com/shopink/uploads/images/202502/image_870x_67b03f8c3fbe1.jpg)
En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Müğənni Niyam Salami mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünün ona qalan evi satdığı barədə açıqlama verib. Lakin Gülü bu iddiaları təkzib edib.
O, sosial media hesabında paylaşım edərək, evində yaşamağa davam etdiyini bildirib:
“Niyə yalan danışır? Mən evimdə oturmuşam. İndi də həmin evdəyəm”, – deyə o qeyd edib.
Bundan əlavə, Gülü Niyamın yanında işləməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. O, müğənninin onu işdən uzaqlaşdırdığını söyləyib:
“Niyam məni işdən çıxardıb. Artıq 5-6 aydır evdə oturmuşam. Dedi ki, burada sənlik yer yoxdur. Başqa restorana getdi və orada mənim üçün iş qalmadı. Mənə saat 6-da gəlib, gecə 12-də getməyi təklif etdi, amma bacarmadım. Niyam deyir ki, guya Gülü yanındadır, amma bu doğru deyil. Heç kimin yanında deyiləm. Öz çörəyimi tapıb yeyirəm, pensiya alıram və bununla dolanıram”, – deyə Gülü bildirib.
O, həmçinin Niyam Salaminin onun haqqında yanlış danışdığını iddia edərək bunları əlavə edib:
“Bəlkə kimsə mənə yardım etmək istəyir? Niyə qarşısını alırsınız?”
Qeyd edək ki, Niyam Salami bir televiziya proqramında Gülünün onun yanında olduğunu açıqlamışdı.
admin Eki 31, 2024 0 161
admin Eki 31, 2024 0 122
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 21
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Şub 15, 2025 0 1
AsimanFərzəliyeva Şub 15, 2025 0 1
AsimanFərzəliyeva Şub 15, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox