Təranə Qumralın bahalı saatı yenidən gündəmdə – FOTO

Müğənni Təranə Qumralın 22 min dollarlıq saatı yenidən müzakirə mövzusuna çevrilib. Sənətçi bəzi insanların bu saatı almaq üçün kredit götürdüyünü bildirib. O, həmçinin barmağındakı bahalı üzüyün ona hədiyyə edildiyini vurğulayıb.

Təranə Qumralın bahalı saatı yenidən gündəmdə – FOTO
Təranə Qumral
reklam

Müğənni Təranə Qumralın qolunda olan 22 min dollarlıq (təxminən 37 min manat) saat yenidən efirdə müzakirə olunub.

Veriliş zamanı aparıcı müğənniyə "Yenə qolunuza başı bəlalı saatınızı taxmısınız" sözləri ilə müraciət edib. Təranə Qumral isə cavabında saatının artıq məşhurlaşdığını bildirib:

"Saatımı yaman reklam elədiniz. Bəzi insanlar da bu saatdan almaq istədilər, amma pulları çatmadı. Hətta bəziləri onu almaq üçün kredit götürdü. Bu saatın qiymətini hələ az demişəm, əslində daha da bahalıdır. Saatın pasportu da var."

Müğənni eyni zamanda barmağındakı qara daşlı üzük haqqında da danışaraq onun brend olduğunu və ona hədiyyə edildiyini vurğulayıb: "O da bahalıdır."

reklam
reklam